23 
Mar
2021
17:40
357
38
7551
Virtual karabakh

Həkim: “Britaniya ştammı barədə hər deyilən sübut olunmayıb” - VİDEO

23 Mar, 2021
17:40
7551

Həkim: “Britaniya ştammı barədə hər deyilən sübut olunmayıb” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya ştammı ilə bağlı həyəcan, qorxu keçirilməsinə ehtiyac yoxdur.

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Azər Nağıyev deyib.

O bildirib ki, virusun öldürücülük qabiliyyətinin yüksək olması barədə iddialar sübut olunmayıb:

“Britaniya ştammı barədə o qədər də pessimist fikirlər səsləndirməzdim. Dünyada artıq 110-dan çox ölkədə bu ştamm qeydə alınıb. Onun xüsusi bir fərqi isə qeyd olunmayıb, yalnız yayılmasının daha sürətli olması ilə fərqlənir. Öldürücü olması barədə sübut olunmuş hansısa faktlar yoxdur”.

Həmçinin həkim karantin davranış qaydalarına əməl edilməzsə, virusa yoluxma sayının artacağı və xəstəliyi ağır keçirən şəxslər arasında ölüm hallarının çoxalacağı barədə də xəbərdarlıq edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri