Apr
2021
17:45
10
187
2531
Virtual karabakh

Ucarda zəncirvari qəza: Xəsarət alan var - VİDEO

2 Apr, 2021
17:45
2531

Ucarda zəncirvari qəza: Xəsarət alan var - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucarda beş maşının iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi baş verib. 

Baku TV xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan əsas magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. 

Yevlax rayon sakini, 35 yaşlı Xəyal Əliyevin idarə etdiyi yük maşını idarəetmədən çıxaraq yolayrıcı arakəsməni keçib və əks istiqamətə çıxıb. 

Yük avtomobili qəza nəticəsində hərəkətdə olan iki VAZ-2107, “Hyundai”, BMW markalı minik maşınları ilə toqquşub. 

Hadisə zamanı sürücü Xəyal Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, dərhal Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri