Apr
2021
16:41
46
622
24387
Virtual karabakh

Azərbaycanda koronavirusdan ölənlərin sayı kəskin artdı - FOTO

3 Apr, 2021
16:41
24387

Azərbaycanda koronavirusdan ölənlərin sayı kəskin artdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 392 yeni yoluxma faktı qeydə alınıb, 1063 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 268 714 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 240 870 nəfər müalicə olunaraq sağalıb, 3 648 nəfər vəfat edib, aktiv xəstə sayı 24 196 nəfərdir.

Ölkədə son sutka ərzində 15 585, hazırkı dövrədək isə 2 916 745 test aparılıb.

Xatırladaq ki, dünən ölkədə 2 361 nəfər koronavirusa yoluxmuş, 24 nəfər isə ölmüşdü.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri