Apr
2021
11:06
108
53
1341
Virtual karabakh

Bir neçə koronavirus xəstəsi ictimai yerlərdə müəyyən olunaraq saxlanılıb

5 Apr, 2021
11:06
1341

Bir neçə koronavirus xəstəsi ictimai yerlərdə müəyyən olunaraq saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 3-də və 4-də polis əməkdaşları tərəfindən respublika ərazisində 12 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Həmin şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.  

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb və tibbi prosedurlar gözlənilməklə onlar yaşadıqları evə qaytarılıb. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən Bakı şəhər sakini T.Məmmədov, Şabran rayon sakini Ş.Balabəyov və Balakən rayon sakini A.Tahirova barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Digər vətəndaşlar barəsində araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri