Apr
2021
11:57
31
98
3401
Virtual karabakh

Prokuror olmaq istəyənlərin NƏZƏRİNƏ: Stajorluq müddəti azaldılır

5 Apr, 2021
11:57
3401

Prokuror olmaq istəyənlərin NƏZƏRİNƏ: Stajorluq müddəti azaldılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlk dəfə prokurorluğa qəbul edilən şəxslər üçün stajorluq müddətinin aşağı salınması gözlənilir.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik təklif olunur.

Qanunun 5.2-ci maddəsinə görə, ilk dəfə prokurorluğa qəbul edilən şəxslər üçün bir illik stajorluq müddəti müəyyən edilir.

Qanun layihəsində həmin müddətin 6 ay olması təklif edilir. Sənədə əsasən, baş prokuror hüquqşünas ixtisası üzrə 5 ildən artıq iş təcrübəsi olan işçini stajorluq müddətindən azad edə bilər.

Stajorluq müddəti bitdikdən sonra stajorun qulluq etdiyi prokurorluq orqanının rəhbəri müsbət rəy verərsə, stajor 3 aylıq sınaq müddəti ilə vəzifəyə təyin ediləcək. Rəyi mənfi olarsa, stajor attestasiyadan keçiriləcək. Attestasiyanın nəticəsindən asılı olaraq stajorun 3 aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunacaq.

Layihə parlamentin iclasında müzakirəyə çıxarılacaq. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri