Apr
2021
17:54
47
334
18721
Virtual karabakh

Cibinə uyğun ev almaq istəyənlərin nəzərinə: Bakıda “su qiymətinə” MƏNZİLLƏR

5 Apr, 2021
17:54
18721

Cibinə uyğun ev almaq istəyənlərin nəzərinə: Bakıda “su qiymətinə” MƏNZİLLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərində satışa çıxarılan köhnə və yeni tikili mənzillərin qiymətinə dair ümumiləşdirmə apardıq.  

Oxu.Az-ın araşdırmasına görə, paytaxt üzrə ən ucuz mənzillər Qaradağ, Binəqədi, Nizami, Xətai, Suraxanı, Pirallahı və Sabunçu rayonu ərazisində satışa çıxarılır.

Xəzər və Nəsimi rayonu üzrə qiymətlər orta münasib, Nərimanov, Yasamal və Səbail rayonları üzrə mənzillər isə nisbətən daha yüksək qiymətlərlə istehlakçıya təqdim olunur. Sözsüz ki, qiymətlərə mənzilin köhnə və ya yeni olması, yerləşdiyi səmt, həmçinin sahəsi də təsir edir. 

Ən aşağı qiymətlərlə satışa çıxarılan mənzillər Xətai rayonu ərazisində yerləşir. Burada qiymətlər 20-30 min manatdan başlayır. Belə ki, birotaqlı - 25-30 min, ikiotaqlı - 30-40 min, üçotaqlı - 50-60 min, 4-5 otaqlı mənzillər isə 75-80 min manatdan başlayır. Rayon üzrə nisbətən ucuz mənzillər ərazisinə görə “Həzi Aslanov” və “Əhmədli” metrostansiyaları yaxınlığında yerləşir.

Nizami rayonunda birotaqlı mənzillər 25-35 min manatdan, ikiotaqlı - 45-50 min, üçotaqlı 60-75 min, 4-5 otaqlı mənzillər üçün qiymətlər 100 min manatdan başlayır. Ucuzluğuna görə “Qara Qarayev”, “Neftçilər” metrostansiyaları və 8-ci kilometr qəsəbəsi əraziləri daha çox rast gəlinir.   

Suraxanı rayonu ərazisində birotaqlı mənzillər 35 min manatdan, ikiotaqlı - 35-40 min, üçotaqlı - 40-50 min, 4-5 otaqlı mənzillər 60 min manatdan başlayır. Rayon üzrə nisbətən ucuz mənzillər ərazisinə görə Hövsan, Qaraçuxur və Günəşli qəsəbələrini əhatə edir.

Binəqədi ərazisində birotaqlı mənzillər 30 min manatdan, ikiotaqlı - 40 min, üçotaqlı - 50-60 min, 4-5 otaqlı 80 min manat həcmində istehlakçıya təqdim edilib. Qiymətinə görə nisbətən ucuz mənzillər “Azadlıq prospekti” metrostansiyası, 8-ci mikrorayon və Biləcəri qəsəbəsi ərazilərində yerləşir.

Sabunçuda birotaqlı mənzillər 35-40 min manatdan, 2 otaqlı - 45 min, 3 otaqlı - 50 min, 4-5 otaqlı mənzillərdə qiymətlər 60 min manatdan başlayır. Maştağa, Zabrat və Bakıxanov qəsəbələrindəki mənzillər daha sərfəli hesab edilə bilər.

Qaradağ ərazisində mənzillər isə birotaqlı mənzillər 38-40 min manatdan, ikiotaqlı - 45 min, üçotaqlı -50 min, 4-5 otaqlı 65 min manatdan başlayır. Sahil və Lökbatan qəsəbələrində mənzillər nisbətən daha ucuz qiymətlərlə təklif edilir.

Pirallahı rayonunda isə 2-3 və daha çox otaqlı mənzillər 45-50 min manat civarındadr. Sahəsi 50 kvadrat metrdən 110 kvadrat metrə qədər olan mənzilləri 45 min manatdan başlayan qiymətlərlə almaq mümkündür.

Orta münasib qiymətli mənzillərin yerləşdiyi Nəsimi rayonu ərazisində birotaqlı mənzillər 45 min manatdan, ikiotaqlı - 50 min, üçotaqlı - 65 min, 4-5 otaqlı tikililər 100 min manatdan satışa qoyulub. Eləcə də, Xəzər rayonunda birotaqlı mənzillər 50 min manat, ikiotaqlı - 55 min, üçotaqlı - 65-75 min, 4-5 otaqlı mənzillər isə 80 min manatdan istehlakçıya təklif edilir.

Nisbətən daha yuxarı qiymətlərlə mənzillərin satışa çıxarıldığı Nərimanov rayonunda qiymətlər birotaqlı mənzillər üçün 40 min manatdan, ikiotaqlı üçün 50-60 min, üçotaqlı üçün 80 min, 4-5 otaqlı üçün 120 min manatdan başlayır.

Həmçinin, Yasamal rayonu ərazisində birotaqlı mənzil üçün təklif 50-55 min manatdan, ikiotaqlı - 55-60 min, üçotaqlı - 70 min, 4-5 otaqlı üçün 100 min manatdan verilir.

Nəhayət, Səbail rayonu ərazisində birotaqlı mənzillər 50-60 min manatdan, ikiotaqlı - 65 min, üçotaqlı - 75 min, 4-5 otaqlı mənzillərin qiyməti isə 120-150 min manatdan başlayır.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri