Apr
2021
15:39
22
151
3952
Virtual karabakh

TƏBİB-dən vaksin vurulduğuna dair saxta sənəd iddialarına CAVAB - VİDEO

5 Apr, 2021
15:39
3952

TƏBİB-dən vaksin vurulduğuna dair saxta sənəd iddialarına CAVAB - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

TƏBİB son zamanlar müxtəlif KİV-lərdə və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə yayılan məlumatlara aydınlıq gətirib. 

TƏBİB-dən Oxu.az-a verilən məlumata görə, onlar hər kəsi sözügedən neqativ hallardan çəkinməyə dəvət edir.

Unutmayaq ki, vaksin bizim sağlamlığımızın qorunması və yenidən normal həyata dönə bilməyimiz üçün yeganə vasitədir.

Koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün dövlətimiz ilk gündən peyvəndlərin əldə edilməsində böyük səy göstərib və hazırda ölkəmizdə “Vaksinasiya Strategiyası”na uyğun olaraq bu proses dövlət hesabına könüllü şəkildə uğurla həyata keçirilir. 

Onu da bildirək ki, TƏBİB Abşeron, Sumqayıt və regionlar da daxil olmaqla yalnız vaksinasiya prosesinin təşkili ilə məşğuldur və yuxarıda sadalanan neqativ hallarla qarşılaşdığınız zaman hüquq mühafizə orqanlarına müraciət etməyiniz xahiş olunur.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri