Apr
2021
17:18
46
225
15466
Virtual karabakh

Banklarda əmanəti olan şəxslərin DİQQƏTİNƏ: Qanun qüvvədən düşdü - VIDEO

5 Apr, 2021
17:18
15466

Banklarda əmanəti olan şəxslərin DİQQƏTİNƏ: Qanun qüvvədən düşdü - VIDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2016-cı il 19 yanvar tarixdə qəbul olunmuş “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 5 aprel 2021-ci il tarixdən qüvvədə olma müddəti başa çatıb.

Əmanətlərin Sığortalanması Fondundan Oxu.Az-a verilən məlumatda bildirilir ki, ötən dövr ərzində əmanətlərin tam sığortalanması mexanizminin həyata keçirilməsi ilə ölkədə iqtisadi böhranın bitməsinə, bank sistemində sabitliyin əldə olunmasına, fiziki şəxslərin əmanətlərinin itirilməsi riskinin qarşısının alınmasına və banklara depozit axınının cəlb olunmasına nail olunub.

Qeyd olunub ki, ölkədə fəaliyyətdə olan banklarda əmanət sahiblərinin 99,8 faizinin depozitləri 100 min manata qədərdir. Məhz bu səbəbdən Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlər üzrə kompensasiya məbləğinin həcminin artırılması təşəbbüsü irəli sürülüb.

Göstərilənləri nəzərə alaraq “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı Milli Məclis tərəfindən qəbul edilib və 18 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilib.

“Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik edilərək fiziki şəxslərin qorunan əmanətləri üzrə (illik faiz dərəcəsi milli valyutada 12 faiz, xarici valyutada 2,5 faiz)  kompensasiya məbləğinin həcmi 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) qaldırılıb.

 “Əmanətlərin sığortalanması haqqında” qanuna edilmiş əlavəyə əsasən, banklarda fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitlərinin 20 (iyirmi) min manat hissəsini kompensasiya kimi dərhal əldə edə biləcəklər.

Həmçinin “Əmanətlərin sığortalanması haqqında” qanuna edilmiş digər dəyişikliyə əsasən notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya həmin vəsaitlərin 100 faizi həcmində ödəniləcək. Belə ki, fiziki şəxslər tərəfindən notariat əməliyyatları zamanı (alqı-satqı və digər əməliyyatlar zamanı) notariusların depozit hesablarına yerləşdirilmiş vəsaitlər konkret təyinat üzrə olduğundan (yəni əmlakın alqı-satqısı, borc müqaviləsi və digər) və qısa zaman ərzində notariusun depozit hesabında qaldığından şəxsə məxsus həmin vəsaitlərin qorunan əmanətlərə aid olunacaq və bankda sığorta hadisəsi baş verdikdə bu cür vəsaitlər Fond tərəfindən tam kompensasiya ediləcəkdir.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri