Apr
2021
12:06
32
104
2165
Virtual karabakh

ABŞ-ın Energetika Nazirliyi Azərbaycanla bağlı proqnozunu endirib

7 Apr, 2021
12:06
2165

ABŞ-ın Energetika Nazirliyi Azərbaycanla bağlı proqnozunu endirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın 2021-ci il üzrə neft və kondensat hasilatı ilə bağlı proqnoz azaldılıb.

Oxu.Az-ın ABŞ-ın Energetika Nazirliyi yanında Enerji İnformasiya Agentliyindən əldə etdiyi məlumata əsasən, aprel ayının proqnozuna görə 2021-ci ildə Azərbaycanda neft və kondensat hasilatı gündə 750 min barel olacaq.

Halbuki, agentliyin mart ayında Azərbaycanda neft və kondensat hasilatı ilə bağlı proqnozu 770 min barel idi. Ötən ayla müqayisədə proqnoz göstərici 20 min barel və ya 2,3 faiz azaldılıb. Buna baxmayaraq, 2020-ci ilin neft və kondensat hasilatının gündəlik orta həcmi ilə müqayisədə proqnoz 40 min barel və ya 5,6 faiz çoxdur.

Agentliyin hesablamalarına əsasən, 2021-ci ilin ikinci rübündə ölkədə neft və kondensat hasilatının gündəlik orta həcmi 730 min barel (mart ayının proqnozu ilə müqayisədə 30 min barel az), üçüncü rübdə 730 min barel (40 min barel az) və ilin sonunda, dördüncü rübdə isə 770 min barel (20 min barel az) olacağı gözlənilir.

Qeyd edək ki, 2020-ci ilin birinci rübünün proqnozu ilə müqayisədə 2021-ci ilin birinci rübü üçün proqnoz 20 min barel və ya 2,6 faiz az olub.

2021-ci ilin ikinci rübünün proqnozu ötən ilin eyni dövrü ilə müqayisədə 30 min barel və ya 4,3 faiz artırılıb. Eləcə də, üçüncü rübdə hasilat üzrə proqnoz ötən ilin göstəricisi ilə müqayisədə 60 min barel və ya 8,9 faiz, dördüncü rübdə isə müvafiq olaraq 80 min barel və ya 11,6 faiz daha çoxdur.

ABŞ-ın Enerji İnformasiya Agentliyi 2022-ci ildə Azərbaycanda neft və kondensat hasilatının gündəlik orta həcminin 800 min barel olacağını proqnozlaşdırır. Halbuki, agentliyin mart ayında 2022-ci il üzrə proqnozu 820 min barel idi. Proqnoz ötən ayla müqayisədə 20 min barel və ya 2,4 faiz azaldılıb.

Növbəti ilin birinci rübündə neft və kondensat hasilatının gündəlik orta həcminin 790 (mart ayının proqnozu ilə müqayisədə 20 min barel az) min barel olacağı bildirilib. 2022-ci ilin ikinci rübündə isə hasilatın 800 min barel (20 min barel az), üçüncü rübündə 780 min barel (30 min barel az), dördüncü rübündə isə 810 min barel (20 min barel az) olacağı proqnozlaşdırılıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri