Apr
2021
12:54
35
90
2216
Virtual karabakh

Qida məhsullarının tərkibindəki etil spirti təhlükəlidir? - VİDEO

7 Apr, 2021
12:54
2216

Qida məhsullarının tərkibindəki etil spirti təhlükəlidir? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzən yediyimiz məhsulların inqridientinə nəzər yetirdikdə bizə məlum olmayan tərkiblə qarşılaşırıq. Bura şirniyyat məhsullarında istifadə olunan spirt növləri də aiddir. 

Bir çoxumuza məlumdur ki, etil spirti həm yanacaq, həm də dezinfeksiyaedici maddə kimi istifadə olunur.

Amma mütəxəssislər bildirir ki, qida məhsullarının tərkibində olan etil spirti orqanizm üçün təhlükəli deyil.

Etil spirtinin adı ilə oxşarlıq təşkil edən metil spirti isə qida üçün nəzərdə tutulmayıb. 

İnternetdə də araşdırsaq görərik ki, etil spirti şirniyyat və xəmir məmulatlarında istifadə edilən ətirli vanil mahiyyəti daşıyır. Etilin alınması üçün əsasən şəkər qamışı, çuğundur, qarğıdalı və arpa kimi dənli bitkilər xammal kimi istifadə olunur. 

Hər şeyin çoxu zərərdir prinsipinə əsaslanaraq onu da qeyd edək ki, bu spirt növünün də qədərindən artıq istifadəsi qaraciyərin zədələnməsinə səbəb ola bilər.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri