Apr
2021
19:52
283
210
4832
Virtual karabakh

Rəşad Mahmudov: “Vaksinasiya barədə saxta sənədlərə görə ciddi cəzalar lazımdır”

7 Apr, 2021
19:52
4832

Rəşad Mahmudov: “Vaksinasiya barədə saxta sənədlərə görə ciddi cəzalar lazımdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bəzi tibb müəssisələrində peyvənd vurulmasını təsdiq edən sənədin hansısa maraqlar qarşılığında verildiyi barədə gəzən şayiələrin reallığa uyğun olmadığını düşünmək istərdim. Ancaq bu həqiqətdirsə, çox təəssüfedicidir. Dövlətimiz, əlaqədar qurumlar, tibb işçiləri gecə-gündüz koronavirusla mübarizə aparırlar. Bu cür mənfi hallar isə görülən bütün işlərə kölgə salır”.

Bunu  Caliber.Az-a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.

O bildirib ki, sosial şəbəkədə bu kimi neqativ halların müzakirə edilməsi pandemiya dönəmində tibbi nöqteyi nəzərdən arzu olunmayan vəziyyətdir:

“Əgər bu iddialarda kiçik bir həqiqət ehtimalı varsa, aidiyyəti qurumların bu məsələ ilə bağlı ölçü götürməsinə ehtiyac var. Bu kimi neqativ məsələlərin yenidən təkrarlanmaması üçün məsələnin araşdırılması və bu halların yaranmasına səbəb olan şəxslərin müvafiq qaydada məsuliyyətə cəlb olunmasına ehtiyac var”.

Həkim peyvəndlənmə prosesinin ölkə və əhali üçün nə dərəcədə önəmli olduğuna da toxunub:

“Unutmaq olmaz ki, nəinki ölkəmizdə bütün dünyada tarixboyu bilinən gerçək budur ki, pandemiyalarla mübarizədə “əlimizdə peyvənd varsa, bu mübarizənin qızıl açarıdır”. Peyvəndləmənin zamanında və kütləvi şəkildə tətbiq edildiyi cəmiyyətlər, buna nail olan dövlətlər, bu xəstəliklərlə mübarizədə daha qorxusuz, təhlükəsiz gələcək planlar qura bilir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri