Apr
2021
10:18
12
278
2718
Virtual karabakh

Üfunət qoxulu ət kəsimi məntəqəsi - VİDEO

8 Apr, 2021
10:18
2718

Üfunət qoxulu ət kəsimi məntəqəsi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçayda ət kəsim məntəqəsində tullantılar ətraf əraziləri atılır, çirkab və qanlı sular isə üstü açıq quyulara axıdılır. 

Baku TV xəbər verir ki, rayonun Cəyirli kənd ərazisində olan ət kəsim məntəqəsində gün ərzində onlarla iri buynuzlu heyvan kəsilir. 

Cəyirli kənd sakinlərinin sözlərinə görə, son bir neçə gündür havaların isti keçməsi əraziyə atılan tullantıların qoxusunu daha da artırıb. 

Araşdırma zamanı məlum oldu ki, Cəyirli kənd ət kəsim məntəqəsi 2016-ci ildən fəaliyyətə başlayıb. Kəsim məntəqəsinə nəzarət edən şəxs Elnur Yəhyayev şifahi olaraq bildirdi ki, hər il yaz və yay mövsümündə kəsilmiş heyvan tullantılarının atılması və çirkab suların axıdılması üçün quyular qazılır və üstü bağlı saxlanılır. Bu ildə bu işlərin görülməsi nəzərdə tutulub ki, günü sabahdan başlanılacaq. Belə olan təqdirdə sakinlər üçün hər hansi bir narahatçılıq yaratmayacaq. Kəsim məntəqəsinə məxsus ərazidə olan quyuların üstü bağlanılacaq, əlavə olaraq ehtiyat üçün iki ədəd yeni üstü bağlı quyu qazılacaq. 

Qeyd edək ki, kəsim məntəqəsi rayon ərazisində olan bütün qəssab fəaliyyəti ilə məşğul olan sahibkarlara xidmət edir. Məntəqədə kəsilən ətin baytar həkim və labaratoriya qərarından sonra satışına icazə verilir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri