Apr
2021
13:15
302
26
4198
Virtual karabakh

Kamran Əliyev itkin düşən hərbçilərin ailə üzvlərini qəbul edib

8 Apr, 2021
13:15
4198

Kamran Əliyev itkin düşən hərbçilərin ailə üzvlərini qəbul edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ölkənin bütün aidiyyəti qurumları bu istiqamətdə işlər aparır. Aparılan işlərin də müsbət nəticələrini özünüz görürsünüz”.

Bu sözləri Baş Prokuror Kamran Əliyev Vətən müharibəsində itkin düşmüş bir neçə hərbçinin doğmalarının müraciətlərinə cavab olaraq deyib.

Kamran Əliyev hərbçi ailələrini Baş Prokurorluqda qəbul edəcəyini bildirib:

“Prezident İlham Əliyev ölkənin bütün dövlət qurumları bu məsələ ilə bağlı tapşırıqlar verib.
“Biz bu məsələ üzərində çalışırıq, nəticələri də görünür. Onlar hamısı bizim balalarımızdır. Bu məsələ hamımızın ağrılı yeridir. Xahiş edirəm, gəlin, qəbula gedək”.

Kamran Əliyev vətəndaşları Baş Prokurorluğun binasına dəvət edərək qəbul edəcəyini deyib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri