10 
Apr
2021
12:27
98
13
1034
Virtual karabakh

FHN: Ötən sutka ərzində doqquz nəfər xilas edilib - VİDEO

10 Apr, 2021
12:27
1034

FHN: Ötən sutka ərzində doqquz nəfər xilas edilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

FHN-dən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən sutka ərzində 47 yanğına çıxış və yeddi halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində doqquz nəfər xilas edilib, bir nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Kür çayında batmış iki nəfərin axtarışları dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri