10 
Apr
2021
14:04
242
73
1357
Virtual karabakh

Bakı küçələri dezinfeksiya edilib - FOTO

10 Apr, 2021
14:04
1357

Bakı küçələri dezinfeksiya edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər və paytaxt rayonları İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə aprelin 10-da paytaxt ərazisində mövcud karantin rejiminin tələbləri çərçivəsində təmizliklə bağlı daxili iməcilik və geniş dezinfeksiya tədbirləri həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, iməcilik zamanı paytaxtın kommunal və digər xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səkilərin kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, köşklərin yuyulması həyata keçirilib. 

Təmizlik işləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası da daxil olmaqla paytaxtdakı idarə, təşkilatların inzibati binalarının fasadının təmizlənməsi, Bakı Funikulyoru və müxtəlif turizm obyektlərinin də yuyulub təmizlənməsi işlərinə başlanılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulur, onların dibi yumşaldılır. Şəhər ərazisində Abşeronun iqliminə uyğun yeni ağaclar, kollar əkilir, mövcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, təbii gübrələr verilir. Həmçinin ağacların qurumuş budaqlarının budanması, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır. Bu işlər mövsüm ərzində davam etdiriləcək.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində cari ildə üçüncü, pandemiyanın əvvəlindən isə 21-ci dəfə geniş dezinfeksiya tədbirləri həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin dezinfeksiyasini aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər və əlavə təmizlik işləri görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri