10 
Apr
2021
18:27
76
435
5194
Virtual karabakh

Mingəçevirdə toy yarımçıq qaldı - FOTO/VİDEO

10 Apr, 2021
18:27
5194

Mingəçevirdə toy yarımçıq qaldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Çinar” restoranında sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, obyektin sahibi Rəşad Bəşirova əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Polislər tərəfindən mərasimin təşkilatçıları və iştirakçıları, xidmət personalı barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, restoran sahibi R.Bəşirov barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri