12 
Apr
2021
00:29
269
36
3515
Virtual karabakh

Balaş Qasımovun komandası “Nə? Harada? Nə zaman?” oyunlarının Yaz seriyasında finala çıxdı

12 Apr, 2021
00:29
3515

Balaş Qasımovun komandası “Nə? Harada? Nə zaman?” oyunlarının Yaz seriyasında finala çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Birinci kanal”ında yayımlanan “Nə? Harada? Nə zaman?” intellektual oyununun Yaz seriyası davam edir.

Oxu.Az xəbər verir ki, dördüncü oyunda Brilyant və Büllur “bayquş”ların sahibi Balaş Qasımovun komandası tamaşaçılarla mübarizə aparıb.

Oyun 6:4 hesabı ilə bilicilərin xeyrinə başa çatıb.

Beləliklə, B.Qasımovun komandası gələn həftə keçiriləcək Yaz seriyasının finalına yüksəlib.

Qeyd edək ki, azərbaycanlı mütəxəssisin komandasında Denis Qaliakberov, Sergey Nikolenko, Yulia Lazareva, Dmitri Avdeenko və Elman Talıbov yer alıb.

Zaur Xudiyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri