12 
Apr
2021
14:09
31
157
3311
Virtual karabakh

Daha dörd məktəb koronavirusa görə bağlandı

12 Apr, 2021
14:09
3311

Daha dörd məktəb koronavirusa görə bağlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaşda dörd orta məktəb distant təhsilə cəlb olunub.

“Report” xəbər verir ki, rayonun Aşağınemətabad, Ortaləki, Qəsl və Qülbəndə kənd tam orta məktəblərinin hər birində bir müəllimdə COVID-19 testinin cavabı pozitiv çıxıb.

Bu səbəbdən Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dərs prosesinin distant təhsilə keçirilməsinə qərar verilib. Məktəb rəhbərliyi tərəfindən şagird və valideynlər xəbərdar edilib. Hazırda adı çəkilən məktəblərdə dərslər distant şəkildə davam etdirilir.

Bu gün səhər saatlarından etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hər dörd məktəbin girişi və daxilində bütün otaqlar, idman zalları dezinfeksiya edilir.

Qeyd edək ki, bundan öncə Bakı və Abşerondakı orta məktəblərdə tədrisin məsafədən təşkil edilməsi haqqında qərar qəbul edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri