12 
Apr
2021
15:00
13
218
3767
Virtual karabakh

Həkim: “Koronavirus xəstələrinin səhhəti üç günə ağırlaşır” - VİDEO

12 Apr, 2021
15:00
3767

Həkim: “Koronavirus xəstələrinin səhhəti üç günə ağırlaşır” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son vaxtlar koronavirusa yoluxmuş şəxslərdə qanda oksigen səviyyəsinin aşağı enməsi və ağciyərlərdə “buzlu şüşə”nin yaranması hallarının daha tez müddətdə baş verməsini müşahidə edirik”.

Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında infeksionist Süleyman Kamilov deyib. 

O bildirib ki, koronavirus mutasiyadan sonra daha təhlükəli hal alıb və xəstəliyə yoluxanların vəziyyəti daha tez ağırlaşır:

“Virusa yoluxmuş xəstələr temperatur yüksəlməsinin və boğulma hallarının ani və daha ağır formada baş verməsindən şikayət edirlər. Virus mutasiya fonundan sanki daha çox aqressivləşib. Xəstələrin səhhətindəki bu ağırlaşmaları artıq üç gün ərzində müşahidə edirik.

Bundan başqa virusun ötən dalğalardakı bəzi əlamətləri bu dalğada qeydə alınmır. İyi və dadbilmə əlamətlərinin itməsi barədə olan şikayətlərlə isə artıq çox rastlaşmırıq”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri