12 
Apr
2021
16:00
58
136
1746
Virtual karabakh

Karantin qaydasını pozan çay evlərinin 19 müştərisi cərimələndi: Aralarında xanım da var - FOTO/VİDEO

12 Apr, 2021
16:00
1746

Karantin qaydasını pozan çay evlərinin 19 müştərisi cərimələndi: Aralarında xanım da var - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunda karantin qaydalarına zidd olaraq gecə saatlarında işləyən çay evləri aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı Xırdalan şəhərində yerləşən “Məkan Buratino” və Masazır qəsəbəsindəki “Tvins” çay evlərinin sanitar-karantin qaydalarını pozduğu məlum olub.

Həmin obyektlərin icarədarları Şamil Abdullayev və Habil Orucov, həmçinin çay evlərində olan 19 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və onlar cərimələniblər.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi bir daha onların diqqətə çatdırılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri