12 
Apr
2021
19:07
200
98
6183
Virtual karabakh

Bakıda reyd: Yol polisini aldatmaq istəyən sürücülər cəzalandırıldı - FOTO

12 Apr, 2021
19:07
6183

Bakıda reyd: Yol polisini aldatmaq istəyən sürücülər cəzalandırıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın bir neçə küçə və prospektində təşkil olunan reyd zamanı onlarla sürücü inzibati məsuliyyətə cəlb olunub. 

Oxu.Az xəbər verir ki, bu gün paytaxt ərazisində dayanma-durma, parklanma qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri çərçivəsində reyd keçirilib.

Bakının bir neçə küçə və prospektində təşkil olunan reyd zamanı onlarla sürücü inzibati məsuliyyətə cəlb olunub.

Onların əksəriyyəti ilə maarifləndirici söhbətlər aparılıb, yol polisi sürücüləri dayanma-durma qaydalarına əməl etməyə çağırıb. Sürücülər yer tapmaqda çətinlik çəkdiklərini, xüsusən taksi duracaqlarının olmamasını önə çəksələr də, diqqətə çatdırılıb ki, yol-hərəkəti təhlükəsizliyində hər bir vətəndaşın yol-hərəkəti qaydalarına əməl etməsi vacibdir.

Dayanma-durma, parklanma qaydalarının pozulması digər hərəkət iştirakçılarının ləngiməsinə, yollarda səbəbsiz yerə vaxt itirmsinə gətirib çıxarır. Bu baxımdan yol polisi sürücülərlə maarifləndirici söhbətləri daha üstün tutur, gələcəkdə qayda pozuntularına yol verməmələri üçün onlara tövsiyələr verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polkovnik Vaqif Əsədov açıqlamasında bildirib ki, bu cür tədbirlər yollarda hərəkətin intensivliyini artıracaq, tıxac və sıxlığın qarşısını almaq üçün faydalı olacaq:

"Belə olan halda avtobuslar gecikməyəcək, sərnişinlər tez zamanda mənzil başına çatacaqlar. Çünki bugünkü tədbirlər nəticəsində avtobus dayanacaqlarının taksi sürücüləri tərəfindən zəbt olunması halları aşkarlandı, taksi sürücüləri yer tapmaqda çətinlik çakdiklərini bildirsələr də, yol polisi əməkdaşları onların diqqətinə çatdırıb ki, onların kiçik bir səhvi onlarla sərnişinin gecikməsinə və yaxud da yolun hərəkət hissəsinə çıxıb təhlükəyə məruz qalmnasına səbəb olur".

Keçirilən tədbirlər zamanı yol polisini aldatmağa çalışan sürücülərə də rast gəlinib. Belə ki, avtomobilin dövlət nömrə nişanını açaraq maşının yük yerində gizlədən, baqaj qapısını açıq qoyub nömrınin görünməsini məhdudlaşdıran, səkidə maşın saxlayıb özünü əlil kimi təqdim edən və digər bu kimi bəhanələr göstərən sürücülərə rast gəlinib.

Hətta “20 Yanvar” dairəsinin tən ortasında avtomobili söndürüb yük yerinin qapısını açıq qoymaqla məsuliyyətdən yayınmağa çalışan sürücünün əməli də yol polisi tərəfindən ifşa olunub. O, avtomobilinin söndüyünü, yanacağın bitdiyini desə də, əməkdaşlar avtomobilin yük yerində ehtiyat yanacaq aşkar ediblər. Yol polisi əməkdaşının bir cəhdi ilə avtomobilin işlək vəziyyətdə olduğu məlum olub. Yol polisi bu cür bəhanələrlə məsuliyyətdən yayınmağa çalışan sürücülərin hamısı barəsində inzibati protokol  tərtib edib.

Daxili İşlər Nazirliyinin göstərişi ilə Bakı şəhər Baş Polis idarəsinin tərtib etdiyi plan əsasında Bakı şəhərində yol-hərərkəti təhlükəsizliyinə dair tədbirlər planının icrası davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri