12 
Apr
2021
18:58
25
97
1713
Virtual karabakh

Bu günə qədər neçə təhsil işçisi vaksinasiya edilib?

12 Apr, 2021
18:58
1713

Bu günə qədər neçə təhsil işçisi vaksinasiya edilib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumi təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin  COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə vaksinasiya olunmuş məktəb heyətinin ümumi sayı 70 027 nəfər (31,48 faiz) təşkil edir.

Ümumi sayın 16 032 nəfəri (30,44 faiz) Bakının, 3 561 nəfəri (60,50 faiz) Sumqayıtın, 2 090 nəfəri Abşeronun (36,40 faiz), 48 344 nəfəri isə (30,57 faiz) regionların payına düşür.  

Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə 50 yaşdan yuxarı vaksin olumuş məktəb heyətinin ümumi sayı isə 48 285 nəfərdir (55 faiz).

Bakı üzrə 50 yaşdan yuxarı vaksin olunmuş heyətin sayı 11 868 nəfər (57 faiz), Sumqayıt üzrə 1 807 nəfər (70 faiz), Abşeron rayonu üzrə 910 nəfər (64 faiz), regionlar üzrə isə 33 700 nəfər (54 faiz) təşkil edir.

Qeyd edək ki, martın 3-dən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Pandemiya şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün təhsil işçilərinin vaksinasiya prosesində iştirakı zəruridir. 

Təhsil Nazirliyi olaraq təhsil işçilərini #TəhsilÜçünVaksinasiya devizi altında birləşərək vaksin olunmağa və ənənəvi təhsilin bərpasına öz töhfələrini  verməyə çağırırıq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri