12 
Apr
2021
19:17
282
43
2572
Virtual karabakh

Avtomobili hərbçi və polisin üzərinə sürən şəxslər həbs edildi

12 Apr, 2021
19:17
2572

Avtomobili hərbçi və polisin üzərinə sürən şəxslər həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, aprelin 9-da 1983-cü il təvəllüdlü Fərzəliyev Zamiq Nurəli oğlu idarə etdiyi minik avtomobili ilə sərnişin, 1984-cü il təvəllüdlü Əhmədov Zamir Vaqif oğlu ilə birlikdə işğaldan azad edilmiş ərazilərdən əlvan metal toplayıb geri qayıdarkən rayonun Yuxarı Seyidəhmədli kəndi ərazisində xidmət aparan Füzuli rayon Polis Şöbəsinin əməkdaşı Elməddin Abbasova və müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu Yusif Şərbətlinin avtomobili saxlaması barədə qanuni tələbinə məhəl qoymayaraq, avtomobili onların üzərinə sürüb. 

"Report" xəbər verir ki, faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Zamiq Fərzəliyev və Zamir Əhmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq, onlara Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri