12 
Apr
2021
20:54
61
343
2249
Virtual karabakh

Kürdəmirdə toy məclisi təşkil edənlər cərimələndi

12 Apr, 2021
20:54
2249

Kürdəmirdə toy məclisi təşkil edənlər cərimələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmir rayonunda toy məclisi təşkil edən rayon sakinləri saxlanılıb.

”Report” xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Ərşəli kənd sakini Abuzərov Tacir Abuzər oğlu və onun qardaşı Abuzərov Ağamirzə kənddə toy məclisi keçirərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki qardaş rayon polis şöbəsinə gətirilib və işə hüquqi qiymət verilməsi üçün onların işi Kürdəmir Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 200 manat cərimə tətbiq olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri