13 
Apr
2021
14:42
174
104
5505
Virtual karabakh

Deputatdan qanunsuz tikilən evlərlə bağlı sərt REAKSİYA

13 Apr, 2021
14:42
5505

Deputatdan qanunsuz tikilən evlərlə bağlı sərt REAKSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qanunsuz tikilən evlərlə bağlı problemlər həll olunmalıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

“Bakıya girəndə Sulutəpədən başlamış, şəhərin bütün giriş-çıxışlarına baxanda Bakı bir gecəqondu şəhərini xatırladır. Bunu dəyişməliyik. Bizim qanunsuz nikah məsələsinə baxışımız necə olubsa, qanunsuz evlərə də münasibətimiz elə olmalıdır. Bu məsələdə qurumlararası münasibətlər acınacaqlı vəziyyətdədir.

Bələdiyyələrin qərarı keçərli deyilsə, onda hansı sənəd burada əsas götürülə bilər? Yüzlərlə qanunsuz sərəncam Şəhərsalma və Arxitektura Komitəsinə miras qalıb. Rayonlarda elə vəziyyət yaradılmalıdır ki, insanlar dədə-baba yurdlarında yaşasınlar. Bu, ciddi problemdir və həllini tapmalıdır”- deyə deputat bildirib. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri