13 
Apr
2021
18:31
639
121
3612
Virtual karabakh

Fazil Mustafa: “Müvafiq şərtlərlə toylara icazə verilməlidir”

13 Apr, 2021
18:31
3612

Fazil Mustafa: “Müvafiq şərtlərlə toylara icazə verilməlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ümumiyyətlə, biz toy deyəndə Azərbaycanda ənənəvi toy üslubunu nəzərdə tutmuruq. Son illərdə keçirilən toylar şadlıq evlərini doydurmaq üçün bir vasitə idi. Bu isə əslində insanların soyulma mexanizmi kimi anlaşılır”.

Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.

O bildirib ki, bu mövzuda vətəndaşlar da bir az şöhrətpərəstdir:

“Onlar öz maraqlarına uyğun olaraq toy məclisinə ailə sütunun qurulması kimi deyil, göstəriş məqsədi kimi yanaşırdılar. Çalışırdılar, imkanları daxilində, hətta imkanlarından da artıq səviyyədə insanları təəccübləndirəcək toy məclisləri keçirsinlər. Lakin bu gün biz bu modeldə toylardan, yanaşmadan danışmırıq. Sadəcə, bir ailənin qurulmasından söhbət gedir ki, bu demoqrafik, sosial problemdir. Bunu qadağa ilə həll etmək olmaz. Bizim yanaşmamız odur ki, 10, 20, 30, ya 50 nəfərlə toyların keçirilməsinə icazə verilməlidir. Bu qadağalara sərt şəkildə əməl olunmasına nəzarət olunsa, bəs edir. Amma toyları birbaşa qadağan etmək gələcək demoqrafik problemlərə, sosial narazılığa, ailəiçi münasibətlərin pozulmasına yol açacaq.

Bunu statistik faktlarla əsaslandıra bilərik. 2020-ci ildə bağlanan 35 min nikahın 14-15 mini boşanma ilə yekunlaşıb. Bu ümumi rəqəmin üçdə birinə bərabərdir. Bu da cəmiyyətdə sosial problemlərin yaranması deməkdir. Mənim təklifim odur ki, ofisiant, müğənni, xidmətçi də daxil olmaqla ümumilikdə 30-40 nəfərdən ibarət toylara icazə verilsin. Bəy və gəlinin adına bankda hesab açılsın və iştirak edə bilməyən şəxslər də ailənin təməlinin qoyulmasına dəstək olmaq istəyirlərsə, gedib pul köçürsünlər. Belə baxanda toyda da iştirak etmiş sayılırlar. Onsuz da Avropada kartla alış-verişə tam keçilib, amma biz hələ də cibimizdə pulu hiss etməliyik. Koronavirus bir bəladır, gəlib, amma bu bəlaya görə qadağalar edəndə böyük narazılıq yaranır. Qadağan etmək olmaz. Qaydalara sərt formada riayət edilməsinə diqqət olunmalıdır. İnsanları evinə qapadıb, işləmələrinə mane oluruqsa, gərək onların maddi təminatını ödəyək. Bunu etmək üçün böyük imkanımız yoxdursa, o zaman qadağan etmək olmaz. Çünki insanlar narazı olacaq. Qadağa çıxış yolu deyil, mütləq çıxış yolu tapılmalıdır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri