13 
Apr
2021
18:22
51
99
1637
Virtual karabakh

Dini icmaların təşkili qaydası dəyişir

13 Apr, 2021
18:22
1637

Dini icmaların təşkili qaydası dəyişir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dini icmanın təşkili qaydası dəyişir.

Bu, “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dini icma dinə birlikdə ibadət etmək və digər dini tələbatı ödəmək məqsədilə eyni inzibati ərazi vahidi hüdudlarında yaşayan könüllülük əsasında birləşmiş yetkinlik yaşına çatmış dindar şəxslərin yerli dini qurumudur. Dini icma azı 50 (əlli) nəfər yetkinlik yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən yaradılacaq.

Qüvvədə olan qanuna əsasən, dini icma dinə birlikdə ibadət etmək və digər dini tələbatı ödəmək məqsədilə könüllülük əsasında birləşmiş yetkinlik yaşına çatmış dindar şəxslərin yerli dini qurumudur.

Qanun layihəsinə əsasən, digər dini icmalara da Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq və tabeliyini dəyişdirmək hüququ verilir. Qüvvədə olan qanuna əsasən bu hüquq sadəcə islam dini icmalarına verilirdi.

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunacaq və hər beş ildən bir attestasiya  ediləcək. Attestasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri