13 
Apr
2021
21:00
41
244
1560
Virtual karabakh

Yol polisi İsmayıllıda reyd keçirib – FOTO

13 Apr, 2021
21:00
1560

Yol polisi İsmayıllıda reyd keçirib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən  şəhər ərazisindəki küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı reyd keçirilib. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, reyd zamanı dayanma-durma, parklanma qaydalarını pozan, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülər  yol polisi əməkdaşları tərəfindən müəyyən edilib. 

Həmin  şəxslərlə maarifləndirici söhbətlər aparılıb və  15 sürücü barəsində inzibati protokol tərtib olunub.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri