14 
Apr
2021
17:52
368
46
3526
Virtual karabakh

Türkiyə ilə gömrük sahəsində əməkdaşlığa dair yeni sənəd imzalandı - YENİLƏNİB + FOTO/VİDEO

14 Apr, 2021
17:52
3526

Türkiyə ilə gömrük sahəsində əməkdaşlığa dair yeni sənəd imzalandı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə birgə komitənin dördüncü iclası keçirilib.

Komitədən Oxu.Az-a verilən məlumatda bildirilir ki, iclasda DGK sədri Səfər Mehdiyev, onun müavinləri və aidiyyəti qurumların rəhbərləri, Türkiyə Respublikası Ticarət nazirinin müavini Rıza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Gömrük işinin təşkili sahəsindəki əməkdaşlıqdan bəhs edən Komitə sədri iki ölkənin gömrük qurumları arasında indiyə qədər 8 sənəd imzalandığını və səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu diqqətə çatdırıb. Səfər Mehdiyev iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, sərhədkeçmə proseslərinin sadələşdirilməsi, məlumat və təcrübə mübadiləsinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Sonda “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında 2021-2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair tədbirlər planı” imzalanıb.

Sənədi Səfər Mehdiyev və Rıza Tuna Turaqay imzalayıblar.

 

14.48

“Bu gün Azərbaycan-Türkiyə gömrük məsələləri üzrə birgə komitənin iclası keçirildi”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial media hesabında yazıb.

“Qardaş ölkənin Ticarət nazirinin müavini Rıza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə gömrük işi sahəsində əməkdaşlığın perspektivləri barədə müzakirələr apardıq”, - deyə sədr qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri