14 
Apr
2021
18:46
752
21
6902
Virtual karabakh

Erməni hərbçilərin maketlərini hazırlayanlar: “Çalışırdıq ki, ən eybəcər obrazlar olsun” – FOTO

Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş olunan erməni əsgər və zabitlərin maketlərinin hazırlanmasında üç heykəltaraş - Kamran Əsədov, Müşfiq Heydərov və Rəşid Məhərrəmov iştirak edib. Onlar birlikdə 26 heykəl ərsəyə gətiriblər.

Azvision.az-ın əməkdaşı heykəltəraş Rəşid Məhərrəmov və Kamran Əsədovla söhbətləşib.

- İlk növbədə sizləri tanımaq istərdik...

Rəşid Məhərrəmov: - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirmişəm. Akademik təhsilim var. Bir çox məşhur heykəltaraşların emalatxanalarında işləmişəm. Hazırda Venesiyada təhsil alıram.

Kamran Əsədov: - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirmişəm. Fərdi emalatxanamızda işlərimizi davam etdiririk və kənar universitetlərdə heykəlatarşlıqdan dərs deyirəm.

- Maraqlıdır, bu iş məhz sizə həvalə edildi. Təklif kimdən gəldi?

Rəşid Məhərrəmov: - Əvvəllər də bir çox tanınmış insanların, qəhrəmanlarımızın maketlərini hazırlamışam. Məsələn, Mübariz İbrahimovun heykəlinin müəllifiyəm. Yəqin ki, əl işlərimi görüb bəyəniblər.

Kamran Əsədov: - Biz bu işlərlə məşğul oluruq deyə müraciətlər edildi. Layihə 3 nəfər arasında bölüşdürüldü. 16 heykəl Müşfiqlə mənə, 10-u isə Rəşidə məxsusdur.

- Erməni obrazlarını hansısa bir nümunələr əsasında hazırlamısınız, yoxsa fantaziyanızın məhsuludur?

Rəşid Məhərrəmov: - Mediadan ermənilərə məxsus faktları araşdırmışam. Əlbəttə, öz ideyam əsasında hazırlamışam. Konkret hansısa adamın obrazı deyil.

Kamran Əsədov: - Çalışırdıq ki, ən eybəcər obrazlar olsun. Adətən cəhd edirik ki, makisumum gözəl bir şey işləyək. Bu dəfə isə əksinə oldu. Vaxt aparan və çətin proses idi. Qartal burun formaları, kəllə sümüyünün arxalarının olmaması və digər cizgilərdən istifadə edib hazırladıq.

- Maketləri hazırlamaq üçün nə qədər vaxt lazım oldu?

Rəşid Məhərrəmov: - Yanvar ayından indiyə qədər gecə-gündüz işləyirik. Normalda 30 heykəli bir ilə və daha çox müddətə hazırlayırlar. Amma biz 3 ay yarıma bitirdik.

- Bilmək olar, maketlər üçün nə qədər qonarar almısınız? Bu, oxucularımız üçün də maraqlıdır...

Kamran Əsədov: - Yaxşı olar ki, sirr qalsın.

Rəşid Məhərrəmov: - Mən də açıqlamaq istəməzdim.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri