15 
Apr
2021
12:00
190
19
1935
Virtual karabakh

Yeni layihə: Enerji verilişində itkilər azaldılacaq və maliyyəyə qənaət ediləcək - VİDEO

15 Apr, 2021
12:00
1935

Yeni layihə: Enerji verilişində itkilər azaldılacaq və maliyyəyə qənaət ediləcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya və Azərbaycan enerjisistemləri arasında yük mübadiləsini həyata keçirən, strateji əhəmiyyətli 330, 220, 110 kilovoltluq “Yaşma” yarımstansiyası əsaslı şəkildə yenidən qurulur.

“Azərenerji” ASC-dən Oxu.Az-a verilən məlumatda bildirilir ki, “Yaşma” yarımstansiyası 50 il əvvəl tikildiyindən istismar müddətini başa vurub.

Bu səbəbdən də tez-tez qısaqapanmalara, enerjisistemdə qəza vəziyyətinin yaranmasına səbəb olurdu. Bu halların qarşısını almaq üçün müasir tələblərə cavab verən yeni avadanlıqlar quraşdırılır, avtotransformatorlar daha güclüləri ilə əvəz edilir, açıq paylayıcı qurğular genişləndirilir.

Yarımstansiyada müasir avadanlıqlarla təchiz ediləcək yeni inzibati idarəetmə binası tikilir, məsafədən idarəolunan müasir SCADA dispetçer sistemi yaradılır.

Qeyd edilib ki, “Yaşma” yarımstansiyasına yeni tikilən “Qobu” yarımstansiyasından 42 km məsafədə 330 kilovoltluq yüksək gərginlikli elektrik xətti çəkilir.

Ən əsası isə “Yaşma” yarımstansiyasında reaktiv gücün kompensasiyası istiqamətində əhəmiyyətli layihə gerçəkləşdirilir. Belə ki, Azərbaycanın enerji sisteminin iki əsas düyün nöqtəsində şuntlayıcı reaktorlar quraşdırılıb ki, onlardan biri məhz respublikanın şimal-şərq rayonlarını, eləcə də Abşeron yarımadasını əhatə edən 330 kilovoltluq “Yaşma” yarımstansiyasında olacaq. Digər reaktor isə Qarabağ və ətraf rayonları əhatə edən 330 kilovoltluq “Goranboy” paylayıcı məntəqəsində quraşdırılır.

Bu şuntlayıcı reaktorlar yüksəkgərginlikli 330 kilovoltluq elektrik verilişi xətlərinin tutum reaktiv gücünü qəbul edərək tənzimləyəcək. Xətlərin ötürmə qabiliyyətini artırmaqla bərabər texniki itkiləri azaldacaq və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitinə qənaət edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri