15 
Apr
2021
12:06
227
56
1993
Virtual karabakh

Azərbaycanda mutant pambıq sortları yaradılacaq

15 Apr, 2021
12:06
1993

Azərbaycanda mutant pambıq sortları yaradılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq sortları yaradılacaq.

Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, bu, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə birgə reallaşdırılmış layihə əsasında Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna hədiyyə edilən avadanlıqların köməyi ilə mümkün olacaq.

150 min avrodan artıq dəyərə malik avadanlıqlar molekulyar səviyyədə biotexnoloji tədqiqatların və analizlərin inkişaf etdirilməsinə imkan verəcək.

Qeyd edilib ki, 2021-2024-cü illərdə  Azərbaycanda nüvə texnologiyası tətbiq etməklə pambıqçılıqda məhsuldarlığın inkişaf etdirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında “Nüvə enerjisindən və digər üsullardan istifadə etməklə Azərbaycanda pambıq istehsalı üzrə Torpaq, Qida Maddələri və Su ilə bağlı Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrinin (GAP) gücləndirilməsi” layihəsinin həyata keçirilməsi də nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri