15 
Apr
2021
14:42
21
276
8133
Virtual karabakh

Koronavirusdan ölən hakimin oğlu həbsdən buraxıldı - FOTO/VİDEO

15 Apr, 2021
14:42
8133

Koronavirusdan ölən hakimin oğlu həbsdən buraxıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki gün əvvəl koronavirusdan ölən tanınmış məhkəmə hakiminin həbsdə olan oğlu azadlığa buraxılıb.

Lent.az-ın məlumatına görə, mərhum hakim Rəşid Hüseynovun oğlu Səməd Hüseynzadənin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı ilə əvəzlənib. 

Qeyd edək ki, S.Hüseynzadə bu ilin yanvar ayında Daxili İşlər Nazirliyi (DİN) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində həbs edilib. O, saxta məlumatlar və sənədlər əsasında ayrı-ayrı vətəndaşları “icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaratmaqda təqsirli bilinib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri