15 
Apr
2021
15:06
257
17
5704
Virtual karabakh

Ramilə dəstək olaq! - FOTO

15 Apr, 2021
15:06
5704

Ramilə dəstək olaq! - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

32 yaşlı Ramil Babayevin sizin dəstəyinizə ehtiyacı var.

Oxu.Az-ın məlumatına görə, xərçəng xəstəliyindən əziyyət çəkən Babayev Ramil Rasim oğlu bir həftədir ki, koma vəziyyətindədir.

O, bu yaxınlarda müalicə aldığı xəstəxanada beyin əməliyyatı keçirib. Əməliyyatdan sonra xəstə komaya düşüb.

Həyat yoldaşı İrina Babayeva deyir ki, həkimlər Ramilin az da olsa reaksiya verdiyini deyirlər:

“Ramilin hərarəti yüksək olurdu, 39 dərəcəyə çatırdı. Lakin son günlər hərarəti düşüb və hələ ki, stabildir. Həkimlər bildirir ki, əvvəlkinə nisbətən onun vəziyyətində müsbətə doğru kiçik irəliləyişlər var”.

Onun bir azyaşlı qız övladı var. İkinci dəfə ata olmaq üzrə olan Ramilin sağlamlığına qovuşması üçün sizin dəstəyinizə ehtiyacı var.

Yardım etmək istəyən şəxslər aşağıdakı kart hesabına pul köçürməklə xəstəxana xərclərində ailəyə dəstək ola bilər.

Kartın müştəri kodu: 00028467

FİN kod: 155C8ZP

Əlaqə nömrəsi: 055 590 21 12 (İrina Babayeva - Həyat yoldaşı)

Əlaqə nömrəsi: 055 590 22 49 (Yaxını)

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri