15 
Apr
2021
16:42
22
219
1737
Virtual karabakh

Azərbaycanda nə qədər tibbi maska ehtiyatı var?

15 Apr, 2021
16:42
1737

Azərbaycanda nə qədər tibbi maska ehtiyatı var?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda pandemiya başlayandan bu günə kimi istehsal olunan tibbi maskaların sayı və ehtiyatı açıqlanıb.

Hökumətdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, ölkə ərazisində hazırda satış müəssisələrinin depolarında 4,1 milyon ədəd tibbi maska var. 

Xatırladaq ki, Azərbaycanda pandemiya başlayandan indiyədək 38,6 milyondan çox tibbi maska istehsal olunub. 2020-ci ilin martın 5-dən tarixindən ilin sonunadək ölkəyə təqribən 26,7 milyon ABŞ dolları dəyərində tibbi maska və respirator idxal edilib. Ölkə ərazisində fəaliyyət göstərən əsas aptek şəbəkələrində 77,6 milyon ədəddən çox tibbi maska satılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri