16 
Apr
2021
10:42
9
101
1403
Virtual karabakh

Kəlbəcər rayon məktəblərində koronavirusla bağlı son vəziyyət - VİDEO

Ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən Kəlbəcər rayon məktəblərində son üç ayda 97 nəfərdə koronavirus infeksiyası aşkar olunub.  

Baku TV xəbər verir ki, koronavirus aşkarlanan şəxslərdən 45 nəfəri şagird, 52 nəfəri isə pedaqoqdur. 

Profilaktik tədbirlər çərçivəsində Bərdə rayonunda fəaliyyət göstərən 104 nömrəli və Samux rayonundakı 88 nömrəli məktəblər distant təhsilə keçib. Bundan əlavə Bakı şəhərində 15, Gəncə şəhərində də eyni sayda tədris müəssisəsi distant fəaliyyət göstərir.  

Şagirdlər arasında yoluxma faktları yeddinci və daha yuxarı sinif şagirdlərində aşkar edilib. Pedaqoqlardan isə daha çox 50 yaşdan yuxarı müəllimlərdə COVID-19 virusu tapılıb. Məlumat üçün bildirək ki, Kəlbəcər rayon Təhsil Şöbəsinin tabeliyində olan 77 məktəbdə əyani tədris davam etdirilir. 

Bu orta tədris müəssisələri ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri