16 
Apr
2021
14:24
11
275
3401
Virtual karabakh

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI + FOTO

16 Apr, 2021
14:24
3401

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz təşkil edib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ilin mart ayına nisbətən isə 104,8 faiz təşkil edib.

Bildirilib ki, ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox düyü, un, manna və qarabaşaq yarması, makaron məmulatları, peçenye, vafli, toyuq əti, təzə və dondurulmuş balıq, süd, yoğurt, xama, kəsmik, pendir, kərə və bitki yağları, limon, portağal, naringi, kivi, banan, alma, armud, heyva, nar, qoz, fındıq, kələm, pomidor, yerkökü, çuğundur, balqabaq, kartof, soğan, şəkər və şəkər tozu, konfetlər, çay, mineral sular, limonad, araq, tütün məmulatları bahalaşıb, yumurta və xiyar isə ucuzlaşıb.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin mart ayına nisbətən 103,7 faiz təşkil edib.

Mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından parçalar, kəsilmiş taxtalar, sement, kərpic, paltaryuyan maşınlar, kondisionerlər, saç üçün şampunlar bahalaşıb.

Mobil telefonlar isə ucuzlaşıb. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin mart ayına nisbətən 103,4 faiz təşkil edib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri