16 
Apr
2021
13:57
10
142
2685
Virtual karabakh

Bakıda qatar vuran gənclə bağlı araşdırma başladıldı - RƏSMİ

16 Apr, 2021
13:57
2685

Bakıda qatar vuran gənclə bağlı araşdırma başladıldı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saat 08:07 radələrində Bakı-Yalama elektrik qatarının vurduğu gənclə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma başladılıb. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər.

Məlumata görə, hadisə bu gün Bakı-Yalama elektrik qatarı Keşlə stansiyası ərazisində hərəkətdə olarkən baş verib:

“1993-cü il təvəllüdlü İmişli rayon sakini Ələsgərov Pərvin Nizami oğlu qəflətən qatarın qarşısına çıxıb. P.Ələsgərov aldığı bədən xəsarətindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı hüquq mühafizə orqanları araşdırma aparır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri