16 
Apr
2021
18:18
20
302
4664
Virtual karabakh

“AstraZeneca” qan laxtalanmasına səbəb olur? - AÇIQLAMA + VİDEO

16 Apr, 2021
18:18
4664

“AstraZeneca” qan laxtalanmasına səbəb olur? - AÇIQLAMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“AstraZeneca” peyvəndinin ucuz olması bəzi şirkətlərin müəyyən kommersiya maraqlarına toxunur və bu səbəbdən ona qarşı kampaniya aparılır.

Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında professor Adil Qeybulla deyib.

O bildirib ki, “AstraZeneca” “Sрutnik V” və “CoronaVac” peyvəndindən daha keyfiyyətlidir:

“AstraZeneca” peyvəndi yüksək səviyyəli peyvənddir. Britaniyada milyonlarla insana bu peyvənddən vurulub. Bəli, onun əks təsirləri ola bilir. Müəyyən edilmişdi ki, trombositlərin sayı aşağı olan insanların beyninin əsas venalarında tromboz halları baş verir və bu da insultlara gətirib çıxara bilir.

Ola bilsin ki, buna görə peyvənd vurulmazdan əvvəl bəzi şəxslər yoxlansın və belə onlarla bağlı müəyyən hazırlıq tədbirləri görülsün. Amma bu, kütləvi hal daşımadığı üçün belə epizodlara görə müasir texnologiya ilə hazırlanmış peyvəndi qaralamaq, ona qarşı kampaniya aparmaq qətiyyən düzgün deyil”.

Türkiyəli həkim Muhammed Akkoyunlu isə qeyd edib ki, “AstraZeneca” peyvəndinin istehsalçısı yan təsirləri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirməlidir:

“AstraZeneca” peyvəndinin yan təsirləri ilə bağlı yayılan məlumatlara istehsalçı şirkət və distribyutor tərəfindən aydınlıq gətirilməlidir. Əgər bu peyvənd yüz milyonda bir ölümə səbəb olarsa və eyni zamanda virusun qarşısını alarsa, o zaman ondan istifadə edilməsinə icazə verilə bilər. Peyvəndin trombozlar yaratması, bu halların neçə faiz olması və s. kimi qaranlıq qalan məlumatlarla bağlı isə istehsalçılar tərəfindən məlumat açıqlanmalıdır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri