16 
Apr
2021
18:47
132
29
3066
Virtual karabakh

Əmək müqaviləsi olmadan işə cəlbolunma faktları aşkarlanıb

16 Apr, 2021
18:47
3066

Əmək müqaviləsi olmadan işə cəlbolunma faktları aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb olunduğu aşkar edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən müxtəlif tikiş sexlərində operativ nəzarət tədbirləri həyata keçirilib.

Aparılan nəzarət tədbirləri zamanı Abbasova İradə Əli qızına məxsus tikiş sexində 41 nəfər, Ələkbərova Aydagül Kərim qızına məxsus tikiş sexində isə 7 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinı yetilməsinə cəlb olunduğu müəyyən edilib.

Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş Abbasova İradə Əli qızı barəsində tərtib olunmuş materialların hüquqi araşdırmaya göndərilməsi nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri