17 
Apr
2021
09:54
56
114
2030
Virtual karabakh

Yeddi koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

17 Apr, 2021
09:54
2030

Yeddi koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 16-da respublika ərazisində yeddi nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

“Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik”, - DİN-dən bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri