17 
Apr
2021
13:21
31
281
1817
Virtual karabakh

Almaz Şarman: “Mən peyvənd pasportunun tərəfdarıyam. Başqa necə ola bilər ki?”

17 Apr, 2021
13:21
1817

Almaz Şarman: “Mən peyvənd pasportunun tərəfdarıyam. Başqa necə ola bilər ki?”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əhalisinin 50-60 faizdən çoxu vaksinasiyadan keçən ölkələr üçün pandemiya sona çatacaq. Bunlar ABŞ, İsrail, Böyük Britaniyadır. Azərbaycanda peyvəndləmə sürətlə davam edir. Rusiya haqqında bunu söyləmək olmaz - orada əhalinin yalnız 5 faizi, Qazaxıstanda – 1 faizdən azı peyvənd vurdurub.

Caliber.Az-ın məlumatına görə, bu barədə tibb professoru, virusoloqiya və immunoloqiya üzrə mütəxəssis, Qazaxıstanın Profilaktik Tibb Akademiyasının prezidenti, hazırda ABŞ Sağlamlıq Assosiasiyasının üzvü Almaz Şarman bildirib.

Onun sözlərinə görə, hər şey hansı peyvəndlərin (Çin, Rusiya, yaxud ABŞ şirkətlərinin) vurdurulmasından deyil, vaksinasiyanın sürətindən asılıdır.

Ekspert “kovid” pasportlarının, yaxud “peyvənd sertifikatlarının” tətbiqi barədə də fikirlərini bölüşüb.

“Vaksinasiya prosesi nə üçün düşünülüb? Peyvənd edilə bilənlərin bunu edə bilməyənləri qoruması üçün. Buna kollektiv immunitet deyilir. Peyvəndin müəyyən səbəblərdən əks təsiri olduğu insanlar var. Ancaq qalanları onları qorumalıdır. İndi təsəvvür edək ki, Azərbaycanda əhalinin 80 faizi peyvənd alıb. İnsanlar xəstələnmir, daha doğrusu, az yoluxur. Koronavirusla mübarizədə uğursuzluğa uğramış ölkələrdən turistlər başqa bir ölkəyə daxil olur və həssas olanlara, allergiya, hamiləlik və s. səbəbindən peyvənd vurdura bilməyənləri yoluxdurur. Belə bir ssenari istərdinizmi? Mən istəməzdim. Əvvəl sənədi göstərin, sonra daxil olun”, - deyə professor vurğulayıb.

Akademiyanın prezidenti bunun yeni təcrübə olmadığını qeyd edərək, məsələn, subekvatorial Afrika ölkələrində “sarı qızdırma” peyvəndinin pasportunun tələb edildiyini bildirib.

“Vətəndaşlarınızı qorumaq istəyirsinizsə, Azərbaycana sağlam insanlar daxil olmalıdır”, - deyən Almaz Şarman peyvənd pasportunun tərəfdarı olduğunu vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri