17 
Apr
2021
13:57
318
28
3358
Virtual karabakh

Alban-Udi xristian dini icması üzvləri Tuğda qədim alban məbədini ziyarət edib - FOTO

17 Apr, 2021
13:57
3358

Alban-Udi xristian dini icması üzvləri Tuğda qədim alban məbədini ziyarət edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icması işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndinə səfər edib.

“Report”un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, səfər çərçivəsində dini icma üzvləri Tuğdakı qədim alban məbədini ziyarət ediblər.

Dini icma alban məbədində Pasxa bayramı münasibəti ilə ilk dəfə dini ayin icra edib, dualar oxunub, ibadət edərək şamlar yandırılıb.

Qədim Azərbaycan kəndi olan Tuğ kəndi dini-tarixi abidələrin zənginliyi ilə seçilir. Bu baxımdan burada belə bir tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Xatırladaq ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, Alban-Udi xristian dini icması üzvləri daha əvvəl Kəlbəcər rayonundakı Xudavəng monastırını və Laçın rayonundakı Ağoğlan məbədini ziyarət ediblər.

Xatırladaq ki, ermənilər işğal dövründə Tuğ kəndi ərazisində yerləşən qədim alban məbədində saxtakarlığa əl atıblar, öz yazılarını oraya əlavə ediblər və bu məbədi “özününküləşdiriblər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri