18 
Apr
2021
13:08
14
367
2768
Virtual karabakh

Qubada üç gün əvvəl ölən şəxsin evi tamamilə yanıb, ailə evsiz qalıb - FOTO

Quba rayonunda bir neçə gün əvvəl ölən şəxsin evi yanıb.

“Report” xəbər verir ki, hadisə Qorxmazoba kəndində qeydə alınıb.

Belə ki, bugünlərdə dünyasını dəyişmiş 1961-ci il təvəllüdlü Eynulla Seyfulla oğlu Kərimova məxsus 9 otaqlı 2 mərtəbəli ev və yardımçı tikililərin bir qismi gecə saatlarında tamamilə yanaraq kül olub. Yanğın zamanı xəsarət alan olmayıb, lakin evin bütün əşyaları yanaraq kül olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Quba rayon Dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Eynulla Kərimov aprelin 15-də vəfat edib. Hazırda 3 nəfərdən ibarət ailə üzvləri üçün yaşayış yeri yoxdur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri