18 
Apr
2021
16:39
32
285
1767
Virtual karabakh

İsmayıllıda COVİD-19 xəstəsi bazarda aşkarlanıb - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı aktiv koronavirus xəstəsi olan şəxs ictimai yerdə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Şəhər sakini Bəhruz Dünyamalıyevə sosial izolyasiya qaydalarına riayət edərək yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq o, polis əməkdaşları tərəfindən insanların hərəkətinin intensiv olduğu bazar ərazisində saxlanılıb.

Həmin şəxslə izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə geri qaytarılıb.

İnfeksiyanın yayılmasına şərait yaradan B.Dünyamalıyev barəsində İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri