19 
Apr
2021
09:12
6
93
605
Virtual karabakh

Yevlaxda mağaza yandı

Yevlax şəhərində hər mərtəbəsi 650 kvadratmetr olan ikimərtəbəli ərzaq mağazasının ikinci mərtəbəsinin yanar konstruksiyaları 56 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri