19 
Apr
2021
15:07
37
925
6761
Virtual karabakh

Altı ay komada qalan şəhidimiz Masallıda dəfn edildi - YENİLƏNİB + FOTO

19 Apr, 2021
15:07
6761

Altı ay komada qalan şəhidimiz Masallıda dəfn edildi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallıda Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Nurlan Əbilov dəfn edilib. 

APA-nın məlumatına görə, o, Masallı rayonunun Şərəfə kənd qəbiristanlığında torpağa tapşırılıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tabuta bükülmüş Azərbaycan Bayrağını şəhidin övladına təhvil verib.

10:56

Vətən müharibəsində yaralanan daha bir hərbçimiz şəhidlik zirvəsinə ucalıb.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, Əbilov Nurlan Fərrux oğlu 190 gün komada qaldıqdan sonra bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Əbilov Nurlan Vətən müharibəsi başlayan zaman ordu sıralarına könüllü olaraq qoşulub. Oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlərdə baş nahiyəsindən yaralanıb.
Məlumat üçün bildirək ki, şəhidimiz ailəli olub. İki azyaşlı oğul övladı var.

Xatırladaq ki, 15 aprel tarixində 6 ay komada qalan daha bir hərbçimiz Səbuhi Hüseynli şəhidlik zirvəsinə yüksəlmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri