20 
Apr
2021
10:24
6
100
3228
Virtual karabakh

Peyvəndin ilk dozasından sonra koronavirusa yoluxan şəxslər nə etməlidir? - AÇIQLAMA

20 Apr, 2021
10:24
3228

Peyvəndin ilk dozasından sonra koronavirusa yoluxan şəxslər nə etməlidir? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya prosesi davam edir. Birinci dozanı alan insanlar arasında COVID-19 xəstəliyinə yoluxanlar da var”.

Bu barədə Oxu.Az-a Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva məlumat verib. Həkim “Peyvəndin birinci dozasından sonra COVID-19 xəstəliyindən necə qorunmaq lazımdır?” sualını cavablandırarkən bildirib ki, bu faktı nəzərə alaraq, peyvənddən sonra virusdan qorunmaq lazımdır:

“Belə ki, yaranan suallar arasında yoluxan zaman ikinci dozanı qəbul etmək olarmı, ümumiyyətlə, peyvəndin birinci dozasını vurduran insanlar özlərini virusdan necə qorumalıdır və s. kimi məsələlər də var. Nəzərə almaq lazımdır ki, peyvəndin ilk dozasını qəbul edəndən sonra orqanizmdə virusa qarşı müdafiə dərhal yaranmır. Koronavirusa qarşı vaksinlərin hamısı bir neçə həftə fasilə verməklə, iki dozada qəbul edilməsini tələb edir. Dozalar arasındakı müddətdə yoluxma riski hələ yüksək olaraq qalır. İlk dozanı qəbul etdikdən yalnız iki həftə sonra siz müdafiə olunmağa başlayırsınız, peyvəndin maksimal effekt isə ikinci dozadan sonra meydana gəlir”.

Onun sözlərinə görə, insan orqanizminə immuniteti formalaşdırmaq üçün müəyyən qədər vaxt lazım olduğundan, bu dövrdə koronavirusa qarşı təhlükəsizlik qaydalarına tam və ciddi surətdə riayət etmək mütləqdir:

“İlkin dozadan sonra koronavirusa yoluxduğunuzu düşünürsünüzsə, mütləq COVID-19 testindən keçin. Bəzən peyvənddən sonra insanlarda yorğunluq və qızdırma kimi əlamətlər olur, bunlar COVID-19-un əlamətlərinə oxşar olduğu üçün yalnız test sizə düzgün nəticəni verəcək. 

Əgər testin cavabı pozitiv çıxarsa, deməli siz peyvəndin birinci dozasından sonra COVID-19 virusuna yoluxmusunuz. Dərhal özünüzü təcrid edin və həkimə müraciət edin. Bu zaman həkimə peyvəndin ilk dozasını qəbul etdiyiniz barədə məlumat verin. COVID-19 xəstəliyinə yoluxduqdan sonra peyvəndin ikinci dozasının vurulmasına ehtiyac qalmır. Yaxud ikinci doza uzun müddətə təxirə salınır. Əgər COVID-19 xəstəliyinə qarşı peyvəndin birinci dozası vurulduqdan sonra kəskin respirator xəstəlik keçirsəniz, sağaldıqdan sonra peyvəndin ikinci dozasını vurdura bilərsiniz. Peyvəndin ilk dozasını qəbul etmiş insanlar koronavirusa yoluxduqda, vaksinasiyadan keçməmiş xəstələr kimi müalicə olunur. Bu xəstələr də gigiyenik qaydalara riayət etməli və təcrid olunmalıdırlar. Tibbi maska, karantin və sosial məsafə yenə ön plandadır. Birinci dozadan sonra orqanizmdə heç bir dəyişiklik olmazsa, ikinci dozanı 28 gündən sonra qəbul etmək olar. Birinci və ikinci dozalar arasında fasilə bir aya qədər uzadıla bilər”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri