20 
Apr
2021
11:33
99
23
1868
Virtual karabakh

SOCAR yeni yatağın işlənməsi ilə bağlı tezliklə qərar verəcək

20 Apr, 2021
11:33
1868

SOCAR yeni yatağın işlənməsi ilə bağlı tezliklə qərar verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SOCAR “Qarabağ” yatağının işlənməsi üzrə texniki detallarla bağlı yekun qərarı tez bir zamanda qəbul etməyə çalışır”.

Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Bununla əlaqədar olaraq hazırda SOCAR və “Equinor” mütəxəssislərinin iştirakı ilə işçi qrupunun yaradıldığını əlavə edən İbrahim Əhmədov hazırda işlərin fasiləsiz şəkildə aparıldığını deyib.

“Əşrəfi-Dan ulduzu-Aypara” yatağı ilə bağlı isə seysmik kəşfiyyat işlərinin nəticələri baxılmaq üzrə “Equinor” mütəxəssislərinə təqdim olunub. Bu nəticələr təsdiq olunandan və şirkət rəhbərliyinə təqdim olunandan sonra biz geniş ictimaiyyətə məlumat verəcəyik”, - deyə o qeyd edib.

Qeyd edək ki, Norveçin “Equinor” şirkəti (keçmiş Statoil) və SOCAR Azərbaycanda “Qarabağ” yatağının işlənməsi və “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili istiqamətlərində əməkdaşlıq edirlər. Şirkətlər həmçinin “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) neft yatağının işlənilməsi layihəsində iştirak payına malikdirlər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri