20 
Apr
2021
14:24
416
38
5939
Virtual karabakh

“Azərkosmos”dan yenilik: Bütün ölkə ərazisində sürətli internet əlçatan olacaq - FOTO

20 Apr, 2021
14:24
5939

“Azərkosmos”dan yenilik: Bütün ölkə ərazisində sürətli internet əlçatan olacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərkosmos” Azərbaycanda peyk üzərindən yüksək keyfiyyətli və etibarlı internet təmin etmək məqsədilə “Azconnexus” peyk interneti platformasını istifadəyə verdi.

Qurumdan Oxu.Az-a verilən məlumatda bildirilir ki, “Azconnexus” platforması “Azərkosmos”un operatoru olduğu “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətli internet xidməti təqdim edir.

“Azconnexus” kabel internetinin, mobil rabitənin zəif və ya mövcud olmadığı, 3G / LTE şəbəkəsinin sürətinin aşağı olduğu ərazilərdə yerləşən müəssisələri sürətli internet ilə təmin edəcək.

“Azconnexus”un peyk interneti dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, bir sözlə kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər üçün əlçatan olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri